Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Basketbol Liqasının X turunda daha bir oyun keçirilib
Azərbaycan Basketbol Liqasının X turunda daha bir oyun keçirilibBu gün, 18:07 |
![]() Azərbaycan Basketbol Liqasının X turunda daha bir oyun baş tutub. BrendSport.az xəbər verir ki, A qrupunda “Şəki” evdə "Gəncə"ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 78:73. Qeyd edək ki, turun əvvəl reallaşan matçlarında "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" "Quba"nı (78:69), "Ordu" isə "Lənkəran"ı (84:72) üstələyib. Geri qayıt |