Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Yüksək Liqada III turdan təxirə salınmış oyunların vaxtı bəlli olub
Voleybol üzrə Yüksək Liqada III turdan təxirə salınmış oyunların vaxtı bəlli olubDünən, 12:21 |
![]() Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti oyunlar dekabrın 22-də keçiriləcək. BrendSport.az xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışlarında III turun təxirə salınmış qarşılaşmaları baş tutacaq. Kişilərin mübarizəsində FHN-in idman zalında “Xilasedici” və “Azərreyl komandaları qarşılaşacaqlar. Qadınların yarışında isə “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Qeyd edək ki, ilin son qarşılaşmaları saat 17:00-da start götürəcək. Geri qayıt |