Əsas Səhifə > Ölkə idmanı > Dekabrın 18-21-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə karate üzrə ölkə çempionatı və birinciliyi keçirilir
Dekabrın 18-21-də Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının rəhbərliyi və təşkilatçılığı ilə karate üzrə ölkə çempionatı və birinciliyi keçirilirDünən, 21:50 |
![]() AKF -in mətbuat xidməti xəbər verir ki, dekabrın 18-də start götürən yarışlar müxtəlif karate üslubları üzrə dekabrın 21-də yekunlaşacaq. BrendSport.az xəbər verir ki, yarışların ilk günündə idman karatesi (WKF) üzrə qarşılaşmalar baş tutub. Dekabrın 19-da isə kyokuşin karate üslubları üzrə yarışlara start verilib, eyni zamanda çempionatın rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, nazirliyin əməkdaşları, Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev, federasiyanın rəsmi şəxsləri və vitse-prezidentlər iştirak ediblər. Dekabrın 20-də ənənəvi karate üslubları üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək. Bu çərçivədə ənənəvi karate, fudokan və şito-ryu üslubları üzrə yarışlar təşkil olunacaq. Dekabrın 21-də isə aşihara və koşiki karate üslubları üzrə qarşılaşmalar baş tutacaq. Qeyd edək ki, yarışların nəticələrinə əsasən Azərbaycan Karate Federasiyasının 2026-cı il mövsümü üçün milli komandaları formalaşdırılacaq. Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən 1000-ə yaxın karateçi mübarizə aparır. ![]() ![]() ![]() ![]()
Geri qayıt |