Əsas Səhifə > Ölkə idmanı > AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb
AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıbBu gün, 14:56 |
![]() AFFA İntizam Komitəsi Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb. BrendSport.az xəbər verir ki, matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə ev sahibi komanda 2500 manat cərimələnib. Ağdam təmsilçisi isə azarkeşlərinə görə ümumilikdə 10 min manat ziyana düşüb. Klub azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün 7000, oturacaqların sındırılmasına və stadiona zərər vurulmasına görə isə 3000 manat cərimə ödəyəcək. Stadiona dəymiş ziyan “Qarabağ” tərəfindən qarşılanacaq. Bundan başqa, qonaqlara görüşə təyin edilmiş vaxtdan gec gəldiklərinə görə xəbərdarlıq edilib. Geri qayıt |