Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında ilin son turu qərb derbisi ilə başlayır

Misli Premyer Liqasında ilin son turu qərb derbisi ilə başlayır


Bu gün, 10:30


Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start veriləcək.

BrendSport.az
xəbər verir ki, XVI turun açılış oyununda “Kəpəz” Yevlax şəhər stadionunda “Turan Tovuz”u qəbul edəcək. Saat 14:00-da başlayacaq qərb derbisinin baş hakimi FIFA referisi Kamal Umudlu olacaq.

Hazırda Gəncə təmsilçisi 9 xalla 10-cu, bir oyun az keçirən Tovuz klubu isə 24 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları 20, 21 və 22 dekabr tarixlərində keçiriləcək.
Geri qayıt