Əsas Səhifə > Ölkə idmanı > AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib
AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçiribDünən, 13:33 |
![]() Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci il üzrə sonuncu iclası keçirilib. BrendSport.az xəbər verir ki, iclasda qurumun icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib. Sonra Agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb. Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib. İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib. Geri qayıt |