Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Şamaxı Zirə ilə, Sabah Turan Tovuzla üz-üzə gələcək
Premyer Liqa: Şamaxı Zirə ilə, Sabah Turan Tovuzla üz-üzə gələcək13-12-2025, 10:11 |
![]() Misli Premyer Liqasında XV tura bu gün start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. "Şamaxı" doğma meydanda "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 17 xalla 7-ci, qonaqlar 27 xalla üçüncü pillədə qərarlaşıb. Günün ikinci görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu oyun saat 16:30-a təyin edilib. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 24 xalla 5-ci, Bakı təmsilçisi 28 xalla ikinci sıradadır. Misli Premyer Liqası II dövrə, XV tur 13 dekabr 14:00. "Şamaxı" – "Zirə" Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Şamaxı şəhər stadionu 16:30. "Turan Tovuz" – "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Seymur Səlimli. Tovuz şəhər stadionu Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq. Geri qayıt |