Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib
Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlibDünən, 22:00 |
![]() Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib. BrendSport.az xəbər verir ki, “Sabah” evdə “Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə sayəsində “tələbələr” 28 xalla 2-ci pilləyə yüksəlib. Qonaqlar isə 16 xalla 8-ci yerdədir. Günün ilk matçında “Qəbələ” ilə “Turan Tovuz” qarşılaşıb. Görüş qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılıb. XIV turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Qarabağ"la heç-heçə edib - 1:1. Tur dekabrın 9-da başa çatacaq. Geri qayıt |