Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib


Dünən, 20:20


Futbol üzrə Misli Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün yeganə matçında “Karvan-Yevlax” öz meydanında “Şamaxı”nı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Şamaxı təmsilçisi 17 xalla 7-ci yerdədir. Yevlax klubu isə 5 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da keçiriləcək.
Geri qayıt