Əsas Səhifə > Ölkə idmanı > Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub
Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olubBu gün, 17:00 |
![]() Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov idmançılara uğurlar arzulayıb. O, gələcək turnirlərdə də Azərbaycan cüdoçularının yaxşı nəticələr əldə edəcəyinə inandığını söyləyib. Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu yarışın uğurla keçdiyini söyləyib. O, ölkəmizdə yeni cüdo zallarının açıldığını vurğulayıb. Ardınca Azərbaycan cüdoçularının 2025-ci ildə qazandığı uğurlarla bağlı videoçarx nümayiş etdirilib. Tədbir bədii hissə ilə davam edib. Yarışlara ötən gün start verilib və 7 çəki dərəcəsində 107 cüdoçu medallar uğrunda mübarizə aparıb. Ümumilikdə isə mübarizə 14 çəki dərəcəsində aparılacaq. Çempionata dekabrın 7-də yekun vurulacaq. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri qayıt |