Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Həndbol Federasiyasına yeni əcnəbi mütəxəssislər cəlb olunacaq

Azərbaycan Həndbol Federasiyasına yeni əcnəbi mütəxəssislər cəlb olunacaq


Bu gün, 18:00


Azərbaycan Həndbol Federasiyasına (AHF) yeni əcnəbi mütəxəssislər cəlb olunacaq.

BrendSport.az
xəbər verir ki, onlar gələn ildən AHF-yə cəlb olunacaqlar və aşağı yaş qruplarında yer alan qızlarla işləyəcəklər. Həmçinin əcnəbi məşqçilər regionlarda da seleksiya işləri aparacaqlar.

Qurumun əsas məqsədi ölkə həndbolunu inkişaf etdirmək və yeni simalar yetişdirməkdir.

Xatırladaq ki, “Azəryol” komandasının sabiq baş məşqçisi Vidadi Əliyev bu gün Azərbaycan Həndbol Federasiyasının (AHF) cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.
Geri qayıt