Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulur
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulurBu gün, 09:00 |
![]() Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq. BrendSport.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçiriləcək. Günün ilk matçında “Qəbələ” öz meydanında I Liqa təmsilçisi “Şəfa”nı qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Bu cütün qalibi növbəti raundda "Sabah"ın rəqibi olacaq. Saat 19:00-da start götürəcək oyunlarda isə “Araz-Naxçıvan” “Kəpəz”lə, “Sumqayıt” “Difai” ilə üz-üzə gələcək. Bu görüşlərdə qalib gələn komandalar 1/4 finalda, müvafiq olaraq, “Turan Tovuz” və “Zirə” ilə qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl “Şamaxı”və “Qarabağ” da adını növbəti mərhələyə yazdırıb. Geri qayıt |