Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb
Azərbaycan Kuboku: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıbBu gün, 21:42 |
![]() “Qarabağ” Azərbaycan Kubokunda 1/4 finala yüksəlib. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi 1/8 finalda “Karvan-Yevlax”la qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə üstələyən Qurban Qurbanovun kollektivi növbəti mərhələyə vəsiqə qazanıb. “Qarabağ” növbəti raundda “Şamaxı” ilə üz-üzə gələcək. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq. Geri qayıt |