Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda 1/8 final oyunları başlayır
Azərbaycan Kubokunda 1/8 final oyunları başlayırBu gün, 09:00 |
![]() Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olacaq. "SOCAR Polymer Arena"dakı görüş saat 15:00-da başlayacaq. Bu cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq. Digər oyunda isə “Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. Bu görüşün qalibi növbəti raundda “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olacaq. Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək. Geri qayıt |