Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında XIII tur 2 oyunla başlayır
Misli Premyer Liqasında XIII tur 2 oyunla başlayırBu gün, 08:00 |
![]() Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII tura start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Turun açılış matçı Yevlax şəhər stadionunda “Kəpəz” və “Zirə” komandaları arasında olacaq. Görüş saat 14:00-da başlayacaq. Hazırda Bakı klubu 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 6 xalı olan Gəncə təmsilçisi 10-cudur. Günün son oyununda “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq. Bu həftə baş məşqçi Samir Abasovla yollarını ayıran “ağ-qaralar”ı meydana Sənan Qurbanov çıxaracaq. Tovuz təmsilçisi 23 xalla 2-ci, Bakı klubu 15 xalla 8-ci sırada yer alıb. Qeyd edək ki, turun digər oyunları noyabrın 29-30-da keçiriləcək. Geri qayıt |