Əsas Səhifə > Ölkə idmanı > Stolüstü tennis üzrə Ölkə kuboku turniri keçirilir
Stolüstü tennis üzrə Ölkə kuboku turniri keçirilirBu gün, 14:41 |
![]() Stolüstü tennisçilər Ölkə kuboku turnirində bacarıqlarını göstərirlər. Bu gün start götürən yarışda paytaxt Bakı ilə yanaşı müxtəlif şəhər və rayonları təmsil edən idmançılar mübarizə aparırlar. BrendSport.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışın açılış mərasimində iştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və qurumun baş katibi Könül Mikayılova onlara uğurlar arzulayıb. Federasiya rəsmiləri həmçinin VI İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətdən söz açıb, yarışın bürünc mükafatçıları Adil Əhmədzadə, Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovanı təbrik ediblər. Ardınca meydan idmançıların ixtiyarına verilib. Budəfəki Ölkə kuboku turnirinə 14 və 18 yaşadək stolüstü tennisçilər qatılıblar. 4 gün davam edəcək yarışda komanda, şəxsi, qoşa, və qarışıq qoşa növlərində qalib və mükafatçılar müəyyənləşəcək. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları və Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq. ![]() ![]() ![]() ![]()
Geri qayıt |