Əsas Səhifə > Ölkə idmanı > Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək
Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcəkBu gün, 11:00 |
![]() Bu gün Misli Premyer Liqasında XII turun daha iki oyunu keçiriləcək. BrendSport.az xəbər verir ki, "Turan Tovuz" "Araz-Naxçıvan"la, "Qəbələ" "Zirə" ilə qarşılaşacaq. Matçlar, müvafiq olaraq, saat 15:00 və 17:30-da başlayacaq. Misli Premyer Liqası XII tur 22 noyabr 15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev. VAR: Rəşad Əhmədov. AVAR: Vüqar Həsənli. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Eldar Məmmədov. "Liv Bona Dea Arena" 17:30. "Zirə" - "Qəbələ" Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev. VAR: Nicat İsmayıllı. AVAR: Vüsal Məmmədov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Yavər Rəhimov. Zirə İdman Kompleksinin stadionu Qeyd edək ki, XII turun ötən gün keçirilən oyunlarında "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı 2:1, "Qarabağ" isə "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də 2 görüşlə yekun vurulacaq. Geri qayıt |