Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: “Qarabağ” “Sumqayıt”ı məğlub edib
Misli Premyer Liqası: “Qarabağ” “Sumqayıt”ı məğlub edibDünən, 21:00 |
![]() Futbol üzrə Misli Premyer Liqasında XII turun növbəti oyunu keçirilib. BrendSport.az xəbər verir ki, son çempion “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. Ev sahibi komanda isə 20 xalla 5-ci pillədədir. Günün ilk görüşündə “Kəpəz” “Karvan-Yevlax”ı üstələyib - 2:1. Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Geri qayıt |