Əsas Səhifə > Ölkə idmanı > Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatının qalibləri müəyyənləşib
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatının qalibləri müəyyənləşibBu gün, 16:00 |
![]() Cüdo üzrə böyüklər arasında keçirilən Bakı şəhər çempionatı başa çatıb. BrendSport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışın son günündə 8 çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Ümumilikdə 153 cüdoçunun qatıldığı turnirin keçirilməsində məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirmək olub. Son günün medalçılarını təqdim edirik: Kişilər -81 kiloqram 1. Asim Qulamzadə 2. Səid Rzayev 3. Emil Hüseynzadə 3. Süleyman Əliyev -90 kiloqram 1. Murad Allahverdiyev 2. İbrahim Ağakişiyev 3. Naim Hüseynov 3. Nurlan Nəcəfov -100 kiloqram 1. Natiq Bəşirov 2. Canpolad Əliyev 3. Fərid İsmayılov 3. Abdulkərim Səfərov +100 kiloqram 1. Hüseyn Dadaşov 2. Qurban Məmmədli 3. Cavidan Məsimov Qadınlar -48 kq 1. Zeynəb Seyidzadə -52 kiloqram 1. Çinarə Sadıqova 2. Könül Eyvazlı 3. Leyla Əliyeva -57 kiloqram 1. Səmayə Yusifli -63 kiloqram 1. Elmira Mustafayeva 2. Emilya Mirzəyeva 3. Ayan Əliyeva Yekunda medalların əyarına görə ümumi komanda hesabında Neftçi İK (2-3-2) I, DİN İC (2-0-1) II, Ordu İdman Klubu isə (1-1-0) III yeri tutub. Qalib komandalara müvafiq kuboklar təqdim olunub. ![]() ![]()
Geri qayıt |