Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın basketbol klubları bu gün Avropa Kubokunda növbəti oyunlarına çıxacaq
Azərbaycanın basketbol klubları bu gün Avropa Kubokunda növbəti oyunlarına çıxacaqBu gün, 11:22 |
![]() Azərbaycanın basketbol klubları “Neftçi” və “Abşeron Lions” FIBA Avropa Kubokunun I qrupunda növbəti oyunlarına çıxacaq. BrendSport.az xəbər verir ki, “ağ-qaralar” səfərdə Estoniyanın "Kalev", "Abşeron Lions" isə Polşada “Trefl”lə qarşılaşacaq. Görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:30-da və 22:15-də başlayacaq. Qeyd edək ki, aktivlərində 7 xal olan "Trefl" və "Neftçi" 1-ci və 2-ci pillələri bölüşür. "Abşeron Lions" ilə "Kalev" isə 5 xalla müvafiq olaraq, 3-cü və 4-cü yerdədir. Geri qayıt |