Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan derbisi: İndiyədək 13 avtoqol yaşanıb
Azərbaycan derbisi: İndiyədək 13 avtoqol yaşanıbBu gün, 13:23 |
![]() "Qarabağ" və "Neftçi" arasında indiyə qədər keçirilən bəzi matçlarda tərəflər avtoqollara görə də məyusluq yaşayıb. BrendSport.az xəbər verir ki, komandalar arasında baş tutan oyunlarda qeydə alınan avtoqolların statistikasını açıqlanıb. İlk avtoqol – Səttar Əliyev (“Qarabağ”)– 14.11.1999. “Neftçi” – “Qarabağ” – 2:0 “Neftçi”nin ilk avtoqolu – Jairo Rodriges – 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0 İki avtoqol (ardıcıl iki oyunda) edən yeganə futbolçu – Jairo Rodriges (“Neftçi”)– 21.08.2016. “Qarabağ” – “Neftçi” – 3:0, 25.10.2016. “Neftçi” – “Qarabağ” – 0:2 Ümumi avtoqol sayı – 13 “Neftçi”nin avtoqolları – 8 “Qarabağ”ın avtoqolları – 5 İki avtoqol olan yeganə oyun – 21.05.2022. “Qarabağ” – “Neftçi” – 4:1, İvan Brkiç və Fərid Yusifli (hər ikisi “Neftçi”) Eyni oyunda həm öz, həm rəqib qapısına qol vuran yeganə oyunçu – Mateus Saldanya – 02.05.2023. “Neftçi” – “Qarabağ” – 2:4 Derbilərdəki ilk üç avtoqola “Qarabağ”, son beş avtoqola “Neftçi” imza atıb. 4 dəfə meydan sahibləri, 9 dəfə qonaq komanda avtoqol edib. “Qarabağ” evdə 1, səfərdə 4, “Neftçi” evdə 3, səfərdə 5 avtoqola üzülüb. 2016/2017-ci illər mövsümündə daha çox – 3 avtoqol qeydə alınıb. “Neftçi” üç fərqli matçda öz qapısına qol vurub. Geri qayıt |