| Əsas Səhifə > Ölkə idmanı > Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçirilir Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçirilirDünən, 10:27 | 
|  Naxçıvan Şahmat Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinin açılışı olub. Turnir Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir. BrendSport.az xəbər verir ki, muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev çıxışlarında bu turnirin həm Vətən müharibəsində qazanılan tarixi Qələbənin rəmzi, həm də gənclərin intellektual inkişafına dəstək məqsədi daşıyıdığını deyiblər. Vurğulanıb ki, ölkəmizdə sağlam gəncliyin formalaşmasına, kütləvi bədən tərbiyəsinin və xüsusilə də analitik düşüncə tərzi aşılayan şahmatın inkişafına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsində muxtar respublikada da mütəmadi olaraq müxtəlif səviyyəli turnirlər keçirilir və gənc şahmatçılar həm yerli, həm də respublika yarışlarında uğurla çıxış edirlər. “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş beynəlxalq reytinqli turnir də istedadlı şagirdlərin üzə çıxarılmasına və onların potensialının inkişafına xidmət edəcək. Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri mahnı və rəqs nümunələri ilə çıxış ediblər. Qeyd edək ki, turnirdə 87 şahmatçı iştirak edir. Onların 51-i reytinqli, 36-sı reytinqsiz, 11-i qadın, 24-ü kişi iştirakçıdır. Yaş qrupları üzrə 6–16 yaş arasında 62 gənc şahmatçı, həmçinin 2 Türkiyə vətəndaşı və 5 veteran mübarizə aparır. Yarış “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olacaq və noyabrın 5-dək kimi davam edəcək.         Geri qayıt |