Əsas Səhifə > Ölkə idmanı > Voleybol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb


Dünən, 12:30


Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

BrendSport.az
xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Milli komandaya klublarda çıxış edən məşqçi və oyunçuların cəlb olunmasını nəzərə alan Azərbaycan Voleybol Federasiyası ölkə çempionatının oyunlarının noyabrın 18-dək təxirə salınmasına qərar verib.
Geri qayıt