Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: “Qəbələ” və “Şamaxı” 1/8 finalda
Azərbaycan Kuboku: “Qəbələ” və “Şamaxı” 1/8 finaldaDünən, 18:18 |
![]() Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib. BrendSport.az xəbər verir ki, "Mingəçevir"ə 5:1 hesabı ilə qalib gələn “Qəbələ” və "Səbail"i bir cavabsız qolla üstələyən “Şamaxı” 1/8 finala vəsiqə qazanıblar. Bu mərhələnin son oyunu saat 19:00-da "Neftçi" və MOİK komandaları arasında olacaq. Qeyd edək ki, daha əvvəl "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq", "Şəfa", “Sumqayıt", "Difai" və Şahdağ Qusar" 1/8 finala yüksəliblər. Geri qayıt |