Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kuboku: Bu gün 1/8 mərhələsinin bütün iştirakçıları bəlli olacaq
Azərbaycan Kuboku: Bu gün 1/8 mərhələsinin bütün iştirakçıları bəlli olacaqDünən, 11:06 |
![]() Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsi başa çatacaq. BrendSport.az xəbər verir ki, ikinci oyun günündə 6 görüş təşkil olunacaq. Premyer Liqada çıxış edən "Sumqayıt" "Zaqatala"nı, "Qəbələ" "Mingəçevir"i, "Şamaxı" "Səbail"i, "Neftçi" MOİK-i sınağa çəkəcək. Həmçinin "Difai" "Xankəndi" ilə, "Şahdağ Qusar" "Şimal"la qarşılaşacaq. Azərbaycan Kuboku II təsnifat mərhələsi 29 oktyabr 14:00. "Şimal" – "Şahdağ Qusar" Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Şamaxı Olimpiya İdman Kompleksinin stadionu 14:00. "Xankəndi" – "Difai" Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Nəriman Axundov. Ağsu şəhər stadionu 14:00. "Zaqatala" – "Sumqayıt" Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Namiq Əliyev. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu 16:00. "Qəbələ" – "Mingəçevir" Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Eldar Məmmədov. Qəbələ şəhər stadionu 16:00. "Səbail" – "Şamaxı" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. "ASCO Arena" 19:00. "Neftçi" – MOİK Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. "Palms Sports Arena" Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala yüksəlib. Geri qayıt |