Əsas Səhifə > Ölkə idmanı > FIBA Avropa Kuboku: "Neftçi" bu gün Bakıda Estoniya klubunu sınağa çəkəcək
FIBA Avropa Kuboku: "Neftçi" bu gün Bakıda Estoniya klubunu sınağa çəkəcək21-10-2025, 11:11 |
![]() "Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində bu gün növbəti oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Estoniya təmsilçisi "Kalev/Kramo"nu sınağa çəkəcək. Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:30-da başlayacaq. Qeyd edək ki, "Neftçi" ilk görüşdə Polşanın "Trefl" klubuna 63:92 hesabı ilə məğlub olub. Komanda növbəti oyununu Türkiyənin "Bursaspor" kollektivinə qarşı keçirəcək. Geri qayıt |