Əsas Səhifə > Ölkə idmanı > “Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub

“Ədliyyə” minifutbol komandası beynəlxalq yarışda qalib olub


Bu gün, 14:59


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında II Dünya Korporativ Oyunlarının minifutbol yarışları keçirilib. Turnirdə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası təmsil edib.

BrendSport.az
xəbər verir ki, finalda Ədliyyə Nazirliyinin komandası Rusiya təmsilçisini 1:0 hesabı ilə məğlub edərək oyunların qalibi olub.

Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.









Geri qayıt