Əsas Səhifə > Ölkə idmanı > Abdullah Zubir “Qarabağ”da 70-ci qolunu vurub
Abdullah Zubir “Qarabağ”da 70-ci qolunu vurub29-09-2025, 10:25 |
![]() Abdullah Zubir “Qarabağ”ın heyətində 70-ci qolunu vurub. BrendSport.az xəbər verir ki, Fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib. O, “Qəbələ” ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub. Premyer Liqada 49 dəfə fərqlənən fransalı futbolçu avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib. Qeyd edək ki, Zubir “Qarabağ”da ilk qolunu da “Qəbələ”yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib. Geri qayıt |