Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda keçiriləcək III MDB Oyunlarına bilet satışı başlayıb

Azərbaycanda keçiriləcək III MDB Oyunlarına bilet satışı başlayıb


25-09-2025, 17:43


III MDB Oyunlarının Təşkilat Komitəsi yarışlara bilet satışının başladığını elan edib.

BrendSport.az
xəbər verir ki, Oyunlar çərçivəsində keçiriləcək bütün yarışlara bilet qiyməti 3 manat təşkil edir. Biletləri şəhər kassalarından və iTicket.az onlayn platformasından əldə etmək mümkündür.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq. Yarışlar 12 idman məkanında təşkil olunacaq.
Geri qayıt