Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
Misli Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb22-09-2025, 11:35 |
![]() Misli Premyer Liqasının V turunda 18 qol vurulub. BrendSport.az xəbər verir ki, baş tutan 6 oyunda orta məhsuldarlıq 3-ə bərabər olub. Bu, mövsümün rekordudur. Cari mövsümdə ilk dəfə orta göstərici 3,00 və ya daha yüksək olub. Sonuncu dəfə bu rəqəmin 3-dən yuxarı olması ötən mövsümün XXXI turuna təsadüf edib. 5 görüşdə 17 qolun vurulduğu turda məhsuldarlıq 3,40 olub. Qeyd edək ki, V turda “Qarabağ” “Araz-Naxçıvan”ı 5:0, “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Neftçi” “Sumqayıt”ı, “Sabah” “Turan Tovuz”u 2:0, “Zirə” “Şamaxı”nı 2:1 hesabı ilə məğlub edib. Geri qayıt |