Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunun final oyunu ilə bağlı yeniliyin səbəbi açıqlanıb
Azərbaycan Kubokunun final oyunu ilə bağlı yeniliyin səbəbi açıqlanıbBu gün, 16:43 |
![]() Ölkənin ən kütləvi peşəkar futbol yarışı olan Azərbaycan Kubokunda bu mövsüm 34 komanda iştirak edəcək. Onlar mərhələli şəkildə mübarizəyə qoşulacaqlar. BrendSport.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov məlumat verib. O, 2025-2026-cı illər mövsümündə yeniliklərin olacağını bildirib: “Final oyunu ilə bağlı yenilik olacaq. Bildiyiniz kimi, əvvəlki illərdə mövsümə kubokun final matçı ilə yekun vururduq. Amma bu dəfə çempionatın bitməsinə iki tur qalmış kubokun final qarşılaşması reallaşacaq. Alınan bu qərarın bir neçə səbəbi var. Hər kəsə məlumdur ki, PFL 2013-cü ildən Avropa Peşəkar Liqalarının tam hüquqlu üzvüdür və mütəmadi olaraq bu qurumla müzakirələr aparırıq. Futbolda öz sözünü demiş ölkələrin təcrübələrini Premyer Liqamızda tətbiq etməyə çalışırıq. Bununla da futbolçular kubok oyununa daha pik formada çıxacaqlar. Eyni zamanda, çempionat başa çatdıqdan sonra milli komandaların oyunları öncəsi daha çox istirahət imkanı qazanacaqlar”. Qeyd edək ki, Azərbaycan Kubokunun final qarşılaşması mayın 13-də “Neftçi Arena”da gerçəkləşəcək. Geri qayıt |