Əsas Səhifə > Ölkə idmanı > Həndbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb

Həndbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb


Bu gün, 09:00


Həndbol üzrə Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb.


BrendSport.az xəbər verir ki, ümumilikdə 6 qadın ("Azəryol", "Bakı", "İdman Akademiyası", "Kür", "Qarabağ", "Təhsil") və eyni sayda kişi ("Azəryol", "Bakı", "Dinamo", "Kür", "Qarabağ", "Təhsil") komandaların qatılacağı yarışa 1/4 finaldan start veriləcək.

Bu mərhələdə kişilərin yarışında "Qarabağ" "Azəryol"la, "Təhsil" "Dinamo" ilə üz-üzə gələcək. Qadınların mübarizəsində isə "Təhsil" - "Qarabağ" və "İdman Akademiyası" - "Bakı" matçları keçiriləcək.

Qeyd edək ki, ötən mövsümün finalçıları turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Geri qayıt