Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında IV tura start verilir
Misli Premyer Liqasında IV tura start verilirDünən, 10:00 |
![]() Bu gün futbol üzrə Misli Premyer Liqasında IV tura start veriləcək. BrendSport.az xəbər verir ki, ilk olaraq meydana "Araz-Naxçıvan" və "Kəpəz" komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:45-də başlanacaq. Günün ikinci qarşılaşmasında isə "Zirə" "Qarabağ”ın qonağı olacaq. "Azərsun Arena"da təşkil olunacaq matç saat 20:00-da start götürəcək. Aktivində 7 xal olan “Zirə” hazırda turnir cədvəlinə başçılıq edir. “Araz-Naxçıvan” 7 xalla 3-cü, "Qarabağ" 3 xalla 7-ci, xalı olmayan "Kəpəz" isə sonuncu – 12-ci pillədə yer alıb. Qeyd edək ki, turun digər oyunları sentyabrın 13-14-də baş tutacaq. Geri qayıt |