Əsas Səhifə > Ölkə idmanı > Formula 1: Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq
Formula 1: Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaqBu gün, 13:00 |
![]() Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək. BrendSport.az xəbər verir ki, şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, sentyabrın 15–17-də səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, sentyabrın 18-də isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq. Giriş nöqtələri: - Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi - M.Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət - S.Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti - Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti - Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi Çıxış nöqtələri: - Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall - İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti - Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır. Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub. Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir. Geri qayıt |