Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın 6 badmintonçusu ilk dəfə 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşısı sırasındadır
Azərbaycanın 6 badmintonçusu ilk dəfə 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşısı sırasındadır4-09-2025, 14:53 |
![]() Dünya Badminton Federasiyasının (BWF) açıqladığı yeni reytinq siyahısında ilk dəfə Azərbaycanın 6 badmintonçusu 4 kateqoriya üzrə dünyanın 100 ən yaxşıları sırasında yer alıb. BrendSport.az xəbər verir ki, Tokio və Paris Olimpiadasının iştirakçısı Edi Reski Dviçayo kişilərin şəxsi yarışında 78-cidir. Paris Olimpiadasında ən gənc badmintonçu olan Keişa Fatim Zəhra isə qadınların şəxsi kateqoriyasında 57-ci sırada yer alıb. Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi reytinqdə 78-ci, Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü isə sıralamada 92-ci pillədə qərarlaşıb. Daha 2 badmintonçumuz yeniyetmələrin reytinqində ilk 100-lükdə yer alır. Ülvi Hüseynov yeniyetmə oğlanların şəxsi kateqoriyasında dünya üzrə reytinq sıralamasında 28-ci, Həcər Nuriyeva isə qızların şəxsi kateqoriyasında 53-cü sıradadır. Geri qayıt |