Əsas Səhifə > Ölkə idmanı > "Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb
"Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb1-09-2025, 10:32 |
![]() “Kəpəz” Azərbaycan çempionatlarının yüksək dəstəsində 250-ci məğlubiyyətini alıb. BrendSport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının III turuna təsadüf edib. Gəncə klubu səfərdə “Zirə”yə 0:5 hesabı ilə uduzub. “Kəpəz” ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır. Qərb təmsilçisi 685-ci oyununda “250”yə çatıb. “Kəpəz” evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb. Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən “Turan”la səfər matçına təsadüf edib - 0:1. Geri qayıt |