Əsas Səhifə > Ölkə idmanı > Güləş federasiyasına 1-ci vitse prezident seçildi
Güləş federasiyasına 1-ci vitse prezident seçildi10-05-2018, 14:43 |
Bu gün gənclər və idman nazirliyində güləş federasiyasının seçki konfransı keçirildi. BrendSport.az saytı xəbər verir ki, nazir Azad Rəhimov son dönəmlərdə güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbərlərdən söz açaraq, son Avropa çempionatından yüksək qələbə, ümumilikdə 18 medal ilə vətənə qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirdi. Nazir Azad Rəhimov çıxışında dedi: “Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi oldu. Növbəti sınaq, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin olacağına ümid edirik.” Daha sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən güləş federasiyasına dəvət olunduğunu və 1-ci vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırdı. Bununla yanaşı nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti postunda çalışacağını əlavə etdi. Azad Rəhimov qeyd etdi: “Namiq Əliyev güləş aləmində kifayət qədər tanınan və güləşimizin inkişafına öz töhvələrini vermiş insandır. Onun yenidən federasiyaya dönüşü hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək.” Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən OİK-dən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün AMADA ilə sıx çalışmalarını məsləhət gördu. Güləş federasiyaını 1-ci vitse prezidenti Namiq Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse prezidenti Firdovsi Umudov və vitse prezident Elcin Cəfərov gənclər və idman naziriyinə daim göstərilən dəstək üçün təşəkkürlərini bildirib, qarşıda, Argentinada keçiriləcək gənclərin Olimpiya oyunları və iki ildən sonra Tokyoda gerçəkləşəcək Olimipiya Oyunlarına da xüsusi hazırlaşacaqlarına söz verdilər. Geri qayıt |