Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqasında III tur 2 oyunla start götürəcək
Misli Premyer Liqasında III tur 2 oyunla start götürəcək29-08-2025, 11:16 |
![]() Bu gün futbol üzrə Misli Premyer Liqasında III tura start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında çempionatın lideri “Sumqayıt” “Şamaxı”nı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüş saat 18:30-da başlayacaq. Oyunu FIFA referisi Kamal Umudlu idarə edəcək. Hazırda “Sumqayıt” maksimum nəticə (6 xal) ilə turnir cədvəlinə başçılıq edir. Bir xalı olan “Şamaxı” 9 pillədə qərarlaşıb. Digər qarşılaşmada isə “Neftçi” doğma meydanda “Turan Tovuz”u sınağa çəkəcək. Saat 20:30-da start götürəcək matçın baş hakimi Əliyar Ağayev olacaq. İlk 2 turdan sonra Tovuz təmsilçisi 3 xalla 6-cı, Bakı klubu isə 2 xalla 7-ci sırada yer alıb. Qeyd edək ki, turun digər oyunları avqustun 30-31-də keçiriləcək. Geri qayıt |