Əsas Səhifə > Ölkə idmanı > Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib

Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib


Dünən, 17:30


Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına start verilib.

BrendSport.az
xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir. Turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar.

Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar. Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da baş tutacaq. Həmin gün çempionatın qalibləri müəyyənləşəcək.
Geri qayıt