Əsas Səhifə > Ölkə idmanı > Futzal üzrə Universitetlərarası Avropa çempionatının qalibi olan komanda ilə AFFA-da görüş keçirilib

Futzal üzrə Universitetlərarası Avropa çempionatının qalibi olan komanda ilə AFFA-da görüş keçirilib


Bu gün, 10:55


Futzal üzrə Universitetlərarası Avropa çempionatının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası ilə AFFA-da görüş keçirilib.

BrendSport.az
xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini, federasiyanın prezidenti Firudin Qurbanov , AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov bu qələbəni tarixi hadisə kimi dəyərləndirərək, bütün komanda üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sərxan Hacıyev komandanın yarışda güclü İspaniya və Fransa kollektivlərinə qalib gəlməsini xüsusi vurğulayıb.

Görüşün sonunda AFFA tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Xatırladaq ki, Azərbaycan İdman Akademiyasının komandası 17-25 iyul tarixində Xorvatiyanın Zaqreb şəhərində keçirilən 14-cü Universitetlərarası Avropa çempionatının finalında İspaniyanın Valensiya Universitetinin komandasına 7:2 hesabı ilə qalib gələrək Avropa çempionu adına layiq görülüb.
Geri qayıt