Əsas Səhifə > Ölkə idmanı > Kolumbiyalı futbolçu “İmişli”yə keçib

Kolumbiyalı futbolçu “İmişli”yə keçib


26-08-2025, 15:46


“İmişli” heyətinə yeni futbolçu cəlb edib.

BrendSport.az
xəbər verir ki, kolumbiyalı müdafiəçi Edvin Banqera ilə 2 illik müqavilə imzalanıb.

29 yaşlı futbolçu Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.

Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.
Geri qayıt