Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir
Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir24-08-2025, 09:00 |
![]() Misli Premyer Liqasında II turun daha iki oyunu bu gün keçiriləcək. BrendSport.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək. Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı. Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib - 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb - 1:1. Misli Premyer Liqası 1-ci dövrə, II tur 24 avqust 17:00. “Şamaxı” – “Sabah” Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev. VAR: Əliyar Ağayev. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Nəriman Axundov. Şamaxı şəhər stadionu 19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov. VAR: Elçin Məsiyev. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. “Azərsun Arena” Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq. Geri qayıt |