Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Bu gün II turun daha bir oyunu keçiriləcək
Premyer Liqa: Bu gün II turun daha bir oyunu keçiriləcək23-08-2025, 09:00 |
![]() Misli Premyer Liqasında bu gün II turun daha bir oyunu keçiriləcək. BrendSport.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Kəpəz" "Karvan-Yevlax"la qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək. Turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə qolsuz bərabərə qalıb. "Sumqayıt" isə səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. Misli Premyer Liqası 1-ci dövrə, II tur 23 avqust 19:00. “Kəpəz” – “Karvan-Yevlax” Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə. VAR: Kamal Umudlu. AVAR: Eyyub İbrahimov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: İlham Əliyev. Qəbələ şəhər stadionu Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 24 və 25-də keçiriləcək. Geri qayıt |