Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Bu gün I turun növbəti oyunu keçiriləcək
Premyer Liqa: Bu gün I turun növbəti oyunu keçiriləcək17-08-2025, 09:10 |
![]() Misli Premyer Liqasının I turunda bu gün daha bir oyun keçiriləcək. BrendSport.az xəbər verir ki, günün yeganə qarşılaşması Sumqayıt şəhər stadionunda yerli komanda ilə "Kəpəz" arasında baş tutacaq. Görüş saat 20:30-da start götürəcək. Misli Premyer Liqası 1-ci dövrə, I tur 17 avqust 20:30. “Sumqayıt” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli. VAR: Rauf Cabarov. AVAR: Rahil Ramazanov. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu Qeyd edək ki, daha əvvəlki matçlarda “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Eyni hesab "Neftçi" - "Şamaxı" qarşılaşmasında da qeydə alınıb. Geri qayıt |