Əsas Səhifə > Ölkə idmanı > Bakıda beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb
Bakıda beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb8-08-2025, 11:57 |
![]() Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" beynəlxalq padel kubokunun ikinci mərhələsi yekunlaşıb. BrendSport.az xəbər verir ki, italiyalı Rikkardo Sinikropi - Stiv Pyernikola Strakuadaini cütü çempion olub. Ukraynalılar - Artyom Avdiyev və Boqdan Levçuk gümüş medal qazanıblar. İlk “üçlüy”ü isə israilli Aleksandr Qluşko və Alon Fayman tamamlayıb. Mükafatları Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev, icraçı direktor Səbirə Abdullayeva və baş məşqçi Yalçın Manaflı təqdim ediblər. Beynəlxalq yarışda Azərbaycanla yanaşı, İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak ediblər. Ümumilikdə isə 30 padelçi medallar uğrunda yarışıb. Geri qayıt |