Əsas Səhifə > Ölkə idmanı > "Shahdag Running Fest" qaçış yarışı keçirilib
"Shahdag Running Fest" qaçış yarışı keçirilib13-07-2025, 21:39 |
![]() Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin və "Race.az"ın təşkilatçılığı ilə "Shahdag Running Fest" qaçış yarışı keçirilib. BrendSport.az xəbər verir ki, "Report"un "Şahdağ" Turizm Mərkəzinə ezam olunmuş müxbirinin məlumatına görə, yarışda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna Birləşmiş Krallıq, Avstriyadan 600-ə yaxın həvəskar atlet qaçış yarışında qələbə üçün mübarizə aparıb. İdmançılar 53, 27 və 9 km-lik məsafələr üzrə yarışaraq birincilik uğrunda mübarizə aparıblar. Yarışın nəticələri: Qadınlar arasında 9 km I yer Məmmədbəyova Arzu II yer Şetinina Yelena III yer Mayorova Alyona Qadınlar arasında 27 km I yer Qəribova Nəzrin II yer Yusupova Anna III yer Nistl Simone Qadınlar arasında 53 km I yer Vallek Natalya II yer Abdinova Leyla III yer Həsənova Emiliya Kişilər arasında 9 km I yer Mikayilzadə Musa II yer Zalıyev Nəcməddin III yer Qalabağıyev Nəbiulla Kişilər arasında 27 km I yer Quliyev Faqət II yer Qalabağıyev Nasrulla III yer Xeyirov Rauf Kişilər arasında 53 km I yer Əliyev Ağa II yer Askarov Elmir III yer Rzayev Rasim Sonda qaliblər təşkilatçılar tərəfindən medallar və müxtəlif hədiyyələrlə təltif olunublar. Geri qayıt |