Əsas Səhifə > Ölkə idmanı > FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib

FIDE tərəfindən 11 yaşlı qrossmeysterə ustalığa namizəd dərəcəsi verilib


Dünən, 21:35


Naxçıvan Muxtar Respublikasının istedadlı şahmatçısı Yasin Əzimov növbəti uğura imza atıb.

BrendSport.az
xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən Yasin Əzimova CM – Candidate Master (ustalığa namizəd) dərəcəsi verilib. Bu nailiyyət Naxçıvan şahmat tarixi üçün əlamətdar hadisədir, çünki gənc şahmatçı bu titulu cəmi 11 yaşında qazanıb.

Hazırda FIDE reytinqində 2058-ci olan Yasin Əzimov son illərdə həm yerli, həm də beynəlxalq turnirlərdə qazandığı bir sıra mühüm uğurlarla yadda qalıb. Azərbaycan çempionatının qızıl və gümüş mükafatçısı olan Yasin 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatında (9 yaşlı oğlanlar arasında) çempionu kimi yüksək nailiyyət əldə edib.

Məlumat üçün bildirək ki, bu zamanadək Naxçıvan Muxtar Respublikasında 1 qrossmeyster, 3 beynəlxalq usta, 1 FIDE ustası, 2 qadın FIDE ustası, 2 ustalığa namizəd, 1 beynəlxalq hakim, 2 FIDE hakim rəsmi dərəcə sahibləri kimi qeydiyyata alınıb.
Geri qayıt