Əsas Səhifə > Ölkə idmanı > Fransalı voleybolçu Azərbaycan klubuna keçib

Fransalı voleybolçu Azərbaycan klubuna keçib


6-09-2024, 18:48


"Abşeron" komandası heyətinə daha bir voleybolçu cəlb edib.

BrendSport.az
xəbər verir ki, ötən mövsümün gümüş mükafatçısı fransalı oyunçu Şerilim Başorunun transferini rəsmiləşdirib. 31 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Voleybolçu son olaraq İspaniyanın "Kiele Sokuellamos" komandasının formasını geyinib.

Qeyd edək ki, "Abşeron" daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova və Anastasiya Mertsalovanı transfer edib.
Geri qayıt