Əsas Səhifə > Ölkə idmanı > Qubada cüdo üzrə master-klas keçirilib
Qubada cüdo üzrə master-klas keçirilib3-09-2024, 15:56 |
Azərbaycan Cüdo Federasiyası (ACF) və Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubada cüdo üzrə master-klas keçirilib. BrendSport.az xəbər verir ki, master-klas çərçivəsində bu idman növü üzrə milli komandanın üzvləri və ACF-nin prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib. Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar. Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib. Geri qayıt |