Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Turan Tovuz” “Səbail”i məğlub edib

Premyer Liqa: “Turan Tovuz” “Səbail”i məğlub edib


30-08-2024, 20:24


Azərbaycan Premyer Liqasında V tura start verilib.

BrendSport.az
xəbər verir ki, “Turan Tovuz” “Səbail”i qəbul edib. Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda bölgə təmsilçisi 13 xalla turnir cədvəlinə başçılıq edir.

Günün digər qarşılaşması Sumqayıtda yerli komanda ilə “Araz-Naxçıvan” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Dörd turdan sonra “gənclik şəhəri” təmsilçisi 6 xalla 5-ci, Naxçıvan komandası isə 4 xalla 8-ci pillədə qərarlaşıb.
Geri qayıt